• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ötən il məişət zorakılığına görə neçə qadın öldürülüb?

Azərbaycanda ötən il məişət zorakılığına görə neçə qadın öldürülüb?
26.08.2020 09:28
Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərlə bağlı statistika məlum olub.

Anews.az bildirir, 2019-cu ildə məişət zorakılığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən 1358 nəfərin zərər çəkdiyi qeydə alınıb. Onlardan 1038 nəfəri qadınlardır, 12 nəfəri 18 yaşdan aşağı qızlar, 1 nəfər isə hamilə olub.

Ötən il məişət zorakılığı nəticəsində 37 qadın öldürülüb, onlardan biri də 18 yaşına çatmamış qız olub.

24 qadını öldürməyə cəhd edilsə də, onların həyatını xilas etmək mümkün olub. Bu qadınlardan birinin hamilə olduğu, ikisinin isə yeniyetmə olduğu qeydə alınıb.

Döyülmə nəticəsində 23 qadın ağır, 94 qadın az ağır, 831 qadın yüngül xəsarətlər alıb.

Səkkiz qadına əzab verildiyi qeydə alınıb, onlardan ikisi də 18 yaşına çatmamış qızlar olub.

İki qadın öldürülməklə hədələnib.

Qeyd edilib ki, bu rəqəmlər hüquq-mühafizə orqanlarına edilən şikayətlər nəticəsində rəsmi olaraq qeydə alınan cinayətlərin sayıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol