• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni icra başçısı təyin edilən rayondan ilk ŞİKAYƏT

Yeni icra başçısı təyin edilən rayondan ilk ŞİKAYƏT
26.08.2020 15:47
Biləsuvar rayonunda borclu abonentlərin elektrik xətlərinin kütləvi şəkildə kəsilməsinə başlanılıb.

Bu barədə "Report”un Muğan bürosuna şəhərin Azadlıq küçəsinin sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, "Azərişıq” ASC-nin Biləsuvar Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən borclu abonentlərin elektrik xətləri kəsilib. 
Bununla da borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı bu gündən dayandırılıb.

Sakinlər isə pandemiya dövründə kommunal xərcləri ödəməyə maddi imkanlarının çatmadığını bildiriblər. "Şəxsən mən pandemiyaya görə 6 aydır işləmirəm, indi gəlib işığımızı kəsdilər. Axı onlar niyə işsiz insanların vəziyyətini nəzərə almır?!" - şikayətçilərdən biri əlavə edib.

Həmçinin bu gün Biləsuvar rayonu ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Anews.az bildirir ki, "Report” məsələ ilə əlaqədar "Azərişıq” ASC-yə müraciət edib, lakin ASC-dən münasibət öyrənmək mümkün olmayıb.

Xatırladılıb ki, avqustun 24-də Biləsuvar rayonuna yeni icra başçısı təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Faiq Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol