Başqa ölkələrini həkimləri bizdən savadlı deyil, sadəcə düzənli sistem lazımdır – Vüsal Mahmudov

"Hər yaşda aşkarlana biləcək xəstəliklərlə bağlı uşaqlar mütləq müntəzəm olaraq müayinə olunmalıdır”, bunu "Baku Medical Plaza”nın həkimi, travmatoloq-ortoped cərrah Vüsal Mahmudov deyib.
"Başqa ölkələrdəki həkimlər heç də bizdən daha savadlı deyil. Bu gün bizim istifadə etdiyimiz avadanlıqlar nədirsə, Amerikada da odur. Onsuz da istehsalçı bir neçə ölkə var, hər kəs ordan alır” - deyən mütəxəssisin sözlərinə görə, tək üstünlük düzənli bir sistemin olmasıdır.
"Məsələn, ailələr məcburi olaraq uşaqlarını müəyyən vaxtlarda həkimə aparmalıdır. Bizdə ailələr qorxurlar bir az artıq xərcim çıxar, amma Allah eləməsin, ailədə bir serebral iflic uşaq doğularsa, yaxud bud-çanaq oynağı çıxıq uşaq olarsa bundan daha artığını xərcləyəcəklər. Xərcləsə belə, əvvəlki sağlığını bərpa edə bilməyəcəklər. Ona görə də tədbiri vaxtında görməli, uşaqlarına sağlıqlı yaşamaq şansını verməlidirlər”.
Yastıpəncəlilik barədə danışan həkim bildirib ki, yastıpəncəliliyin iki növü var: yumşaq və sərt yastıpəncəlilik.
"Yumşaq yastıpəncəliliyi biz artıq normala yaxın sayırıq, çünki onlarda hər hansı müalicəyə, cərrahi əməliyyata ehtiyac yoxdur. Belə xəstələrlə bağlı bəzi profilaktik tədbirlər reallaşdırırıq. Ayaqqabı içlikləri veririk, ehtiyac olarsa müəyyən fizioterapiya tətbiq edirik. Amma sərt yastıpəncəlilikdə şikayətlər çoxdur. Məsələn, uşaqlar uzun məsafə yeriyə bilmir, ayaqlarında ağrılar olur, yaşlarına görə daha tez yorulur, ayaq altında mazol dediyimiz yaralar əmələ gəlir. Təbii ki, onlar məcburən əməliyyat olmalıdır. Ailələr bir şeyi bilməlidirlər: uşaq yastıpəncə doğulursa, deməli yastıpəncədir. Onu heç bir prosedur, masaj, fizioterapiya, ayaqqabı düzəltməz. Amma təəssüflər olsun ki, düzgün məlumat olmadığı üçün ailələr ümidlə vaxtlarını, vəsaitlərini bu kimi prosedurlara sərf edirlər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























