Bakıda gözəllik salonundan 3800 manatlıq oğurluq edildi

Bakıda gözəllik salonunda oğurluq olub.
Anews.az-ın xəbərinə görə, hadisə avqustun 19-u gecə saatlarında paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Belə ki, naməlum şəxs qapının kilidini sındırmaq yolu ilə 3500 manat pul və 300 manat dəyərində mobil telefon oğurlayıb.
Daha sonra gözəllik salonunun rəhbərliyi bu barədə polis əməkdaşlarına müraciət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























