• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Zeynalovun məhkəməsində şahid ifadələri dinlənildi

Orxan Zeynalovun məhkəməsində şahid ifadələri dinlənildi
02.07.2014 18:24
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə şahid ifadələri dinlənilib. Prosesdə hadisə baş verən gün Yeqor Şerbakov və Kseniya Popovanın birgə kafedə görüşdükləri dostları ifadə veriblər. Şahidlər hadisə baş verən gün Yeqor və Kseniya ilə kafedə pivə içdiklərini, daha sonra isə başqa kafeyə bilyard oynamağa getdiklərini söyləyiblər. Hadisə barədə bir gün sonra eşitdiklərini deyən şahidlər O. Zeynalovu tanımadıqlarını, onu ilk dəfə TV-də gördüklərini bildiriblər. Vəkillər, o cümlədən Orxan Zeynalov özü şahidlərdən Y. Şerbakovun cəsədini görüb-görmədiklərini, dəfndə iştirak edib-etmədiklərini soruşublar. Şahidlər isə Y. Şerbakovun cəsədini gördüklərini, dəfn mərasimində iştirak etdiklərini, mərhumun Moskvanın "Danilovski" qəbristanlığında dəfn olunduğunu vurğulayıblar.   Proses sabah şahid ifadələri ilə davam etdiriləcək. Qeyd edək ki, 9 cilddən ibarət olan Orxan Zeynalovun cinayət işində şahid qismində 25 nəfərin adı keçir. O. Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə  qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol