• $
  • €
  • ₽
  • ₺
  • £

Otağa girdi, bacısını çarpayıda öldürdü... — Şamaxıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Otağa girdi, bacısını çarpayıda öldürdü... — Şamaxıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
27.08.2020 18:42
Şamaxı rayonunda bacısını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Rafael Yolçuyevin cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, 1977-ci il təvəllüdlü Şamaxı rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.
Ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq qətlə yetirib və polisə könüllü təslim olub.
İş üzrə dindirilmiş Rafael Yolçuyev ailəsi ilə birlikdə Şirvani küçəsi ev 5-də yaşadığını, özünə məxsus maşınla Şamaxı-Bakı marşrutu üzrə sərnişin daşıdığını bildirib.
Kiçik bacısı Yasəmən ailəli olub və həmin nigahdan 3 övladları dünyaya gəlib. Son vaxtlar qızlar atası ilə Bakıda, oğlan isə anası ilə Şamaxıda yaşayıb. Bacısı heç yerdə işləməyib.
Hadisədən 15-20 gün əvvəl yeznəsi zəng vuraraq bacısını pozğunluq etdiyinə görə boşayacağını deyib. Yasəmənin telefonla başqa şəxslə danışdığını və əlində sübut olduğunu bildirib. Yeznəsindən həmin adamın telefon nömrəsini alan Rafael ona zəng vuraraq görüşmək istədiyini deyib. 
Yol kənarında görüşüb ondan yalnız bacısının ona zəng edib etmədiyini soruşub. Sonuncu qadının bir neçə dəfə onun telefonuna zəng vurduğunu deyib. 
Yolçuyev öyrənib ki, həmin şəxsdə onun kimi mikroavtobusla sərnişin daşımaqla məşğuldu. Bacısı bir neçə dəfə həmin maşınla Bakıya gedib.  
Yanvar ayının 23-də bacısının əxlaqsız hərəkətləri ilə bağlı deyilənlər yadına düşüb. Evdə heç kimin olmadığı vaxt otağa girib onunla bu barədə söhbət etmək istəyib. Yasəməni çarpayıda uzanıqlı vəziyyətdə əlində telefonla görüb tam özündən çıxıb. 
Rəfail Yolçuyev bacısına "bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan”, - deyə bildirib.
Bu zaman Yasəmən qardaşına kobud tərzdə cavab verib.
Rafael onun əlindən telefonu alaraq yerə atıb. Şkafdan baş yaylığını götürüb bacısını boğaraq qətlə yetirib. 
İttiham üzrə Rafael Yolçuyev özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verərək bacısını namus üstündə qətlə yetirdiyini deyib.
Ona qarşı, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Yolçuyev 9 il müddətinə azadlıqdan məhrum edilib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol