Baş infeksionist: "Məktəblər açılırsa demək Operativ Qərargah belə məsləhət bilib..."

Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə sentyabrın 15-dən dərslərin mərhələli şəkildə bərpa olunmasına qərar verib. Maraqlıdır ki, təhsilin bu formada bərpa
olunması təhsilə və koronavirusun artmasına nə kimi təsir edə bilər?
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, yeni təklif olunan qərarlar bir sıra cavabsız suallar doğurdu.
"Düşünürəm
ki, universitetlərdə müəyyən qaydalarla tədrisin bərpası mümkün idi. Bundan əlavə özəl liseylərlə, kurslarla bağlı heç bir qaydalar açıqlanmadı və hətta
bu haqda qərarların təklifi yoxdur. Onu deyə bilərəm ki, tədrislə bağlı təklif
olunan qərarlar mənim maydan bəri təklif
etdiyim qərarlar idi”.
"Əslində
insanlar naziri deyil verilən qərarları müzakirə etsəydi daha gözəl olardı.
Valideynlər hələ də məktəbli forması ilə bağlı məlumatlandırmayıblar.
Dərsliklə bağlı bir qayda yoxdur. Magistraturada oxuyan tələbələrin isə taleyi
haqqında heç nə deyilmədi”.
"Çox
təəssüf edirəm ki, universitetlərin distant təhsilə keçməsinə baxmayaraq tələbələrə ödənişlə bağlı güzəştlər edilmədi”.
" Düşünürəm ki, təhsil haqqları əvvəlki kimi tam formada ödənilməli deyil. Aəzrbaycanda 175 min tələbə var. Bunlardan 15 min 600 nəfəri dövlət tərəfindən dəstək alıb. Yerdə qalan 113 min tələbəyə isə heç bir güzəşt tətbiq olunmayıb. Bir sözlə ödənişlər müqavilədə göstərilən kimi yerinə yetirilmir”.
" Biz
bu gün pandemiya dövründə yaşayırıq. Yaxın keçmişə nəzər salsaq koronavirusa
yoluxanların sayı iki rəqəmlidən 3 rəqəmliyə qalxdığını görərik. Belə olan
halda məktəblərin 15 sentyabrdan tam formada açılması doğru olmazdı. Bu yoluxma
sayını artıra bilərdi. Məhz bunları nəzərə alaraq yeni qərarları tam düzgün
hesab etmək olar. Ən azından dərslərin həftədə 2-3 dəfə olması
online təhsildən daha yaxşıdır. Çünki ənənəvi təhsilin müsbət tərəfləri daha əhəmiyyətlidir".
Kamilə Əliyeva ödənişlərdə güzəştlərin edilməsindən də danışdı.
"Təhsil komitəsinin üzvü kimi mən dəfələrlə çıxışlarımda və Təhsil Nazirliyinin konfranslarında güzəştlərin olunması barədə təkliflər irəli sürmüşəm.
Ən azından tələbələrə ödənişləri hissə-hissə ödəmək imkanı yaradıla bilər. Düşünürəm ki, Milli Məclisdə təhsil kreditləri haqqında qanun layihəsi hazırlansa bu kimi problemlər öz həllini tapar”.
Məktəblərin açılması COVİD-19-a yoluxma sayına necə təsir edə bilər sualına baş infeksionist Cəlal İsayev belə cavab verdi:
www.anews.az
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, yeni təklif olunan qərarlar bir sıra cavabsız suallar doğurdu.
"Yeni
təklif olunan qərarların müsbət tərəfi odur ki, tədris başlayır və martdan bu yana online təhsilə qoşula bilməyən uşaqlar məktəbə gedə biləcək. Çatışmayan
və cavabı hələ də məlum olmayan suallar da az deyil. Həftədə 2-3 dəfə məktəblərin fəaliyyəti
iki yerdə işləyən müəllimlər üçün bir sıra problemlər yaradacaq. Daha sonra 210
gün məktəbə gedən uşaqlar tədris proqramını 68 günə mənimsəməli olacaq. 37% müəllim isə risk qrupuna daxildir. Bu müəllimlərin necə əvəz olunması da hələ məlum
deyil. Çünki həmin müəllimlər dərsə getmədiyi halda onları əvəz edəcək kadrlar
olmalıdır. Maraqlıdır bu məsələ necə tənzimlənəcək?”, - deyə ekspert vurğulayıb.
Ekspert
onu da bildirdi ki, ali təhsillə bağlı verilən qərarlar ədalətli deyil.
Kamran
Əsədovun firincə, ən qəribə məqam isə ictimaiyyətdə təhsillə bağlı qərarların
müzakirəsi yox, məhz nazirin azərbaycanca danışması, gülümsəməsi daha çox diqqət çəkib.
Ekspert
son olaraq onu bildirdi ki, universitetlərdə ödənişli əsaslarla oxuyan uşağlara
güzəştlərin olmaması səhv qərardı.
" Düşünürəm ki, təhsil haqqları əvvəlki kimi tam formada ödənilməli deyil. Aəzrbaycanda 175 min tələbə var. Bunlardan 15 min 600 nəfəri dövlət tərəfindən dəstək alıb. Yerdə qalan 113 min tələbəyə isə heç bir güzəşt tətbiq olunmayıb. Bir sözlə ödənişlər müqavilədə göstərilən kimi yerinə yetirilmir”.
Milli
Məclisin elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva isə bildirdi ki, təhsil
nazirinin təklif etdiyi yeni qaydalar indi pandemiya dövrü üçün məqsədəuyğundur.
Kamilə Əliyeva ödənişlərdə güzəştlərin edilməsindən də danışdı.
"Təhsil komitəsinin üzvü kimi mən dəfələrlə çıxışlarımda və Təhsil Nazirliyinin konfranslarında güzəştlərin olunması barədə təkliflər irəli sürmüşəm.
Ən azından tələbələrə ödənişləri hissə-hissə ödəmək imkanı yaradıla bilər. Düşünürəm ki, Milli Məclisdə təhsil kreditləri haqqında qanun layihəsi hazırlansa bu kimi problemlər öz həllini tapar”.
Məktəblərin açılması COVİD-19-a yoluxma sayına necə təsir edə bilər sualına baş infeksionist Cəlal İsayev belə cavab verdi:
" Bu
qərarları Təhsil Nazirliyi verməyib. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlardı.
Əgər belə məsləhət biliblərsə sadəcə əməl etmək lazımdır. Mən sadəcə Operativ
Qərargahın verdiyi qərarları dəstəkləyirəm. Yoluxumaların sayında artımı gələcək
göstərəcək. Əgər xəstələrin sayında artım olacaq ehtimalı olsaydı Operativ Qərargah
belə qərar verməzdi” – deyə o, bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























