Tibb Universitetinin bu əməkdaşı vəfat edib

Azərbaycan tibb elminə ağır itki üz verib.
Anews.az "Report”-a istinadən məlumatına görə, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, "Şöhrət” ordeni laureatı, Azərbaycan Tibb Universitetinin (ATU) II mamalıq və ginekologiya şöbəsinin əməkdaşı Naziya Şəmsəddinskaya 94 yaşında vəfat edib.
Məlumat üçün bildirilir ki, N.Şəmsəddinskaya 30 ildən artıq müddətdə ATU-nun mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib. O, tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların müəllifidir.
"Şöhrət” ordeni laureatı N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksək ixtisaslı cərrahi və təcili yardım xidmətini göstərib. Elmi, pedaqoji və əkim fəaliyyəti ilə yanaşı, Naziya xanım böyük ictimai iş də aparıb. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü olmaqla yanaşı, Respublika mama-ginekoloqların elmi cəmiyyətinin idarə heyətinin sədr müavini olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























