• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-nin maşın vuran əməkdaşı narazılıq edir

AzTV-nin maşın vuran əməkdaşı narazılıq edir
02.07.2014 15:26
“Hər kəs mənim yolu keçərkən qəzaya düşdüyümü zənn edir. Halbuki, yolun kənarı ilə gedərkən qəzaya düşmüşəm”. 
Bunu Modern.az saytına açıqlamasında bir müddət öncə ağır qəzaya düçar olmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı Ağanisə Sultanova deyib.
Hadisə bu il iyunun 19-da Səbail rayonu ərazisində baş verib. Jurnalist yaşadığı mənzilin yaxınlığında taxta yüklənmiş "VAZ-06" markalı avtomobili ilə vurulub.
Ağır bədən xəsarətləri almış Ağanisə Sultanova bir müddət Respublika Kliniki Xəstəxanasında müalicə olunub, indi evindədir.
Telejurnalist mətbuatda haqqında yazılan məlumatlardan narazılıq edib:  “Ən yaralı yerim odur ki, haqqımda yanlış informasiyalar yazılıb. Guya, Səhiyyə Nazirliyi mənə kömək edib. Sizə deyim ki, qətiyyən heç bir köməklik olmayıb. Mənim ailəmin heç bir maddi köməyə ehtiyacı yoxdur. Ailəm və mən elə insan deyilik ki, kimdənsə maddi imkansızlığa görə nəsə istəyək. Səhiyyə Nazirliyi nəinki maddı yardım, heç mənəvi dəstəyini belə, göstərmədi. Ümumiyyətlə, nazirlik mənim ağır vəziyyətimlə maraqlanmayıb. Vəziyyətim bir az yaxşılaşandan sonra mətbuatda haqqımda yazılanların hansı məqsədə xidmət etdiyini öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin nömrəsini tapıb, onunla əlaqə saxladım. Vəziyyətim pis də olsa, Anar Qədirliyə “bu informasiyanı yaymaqda sizin məqsədiniz nədir? Belə yanlış məlumatların getməsi nə dərəcədə doğrudur? Axı mənimlə nazirlikdən heç kim maraqlammayıb” dedim.  Amma, o, mənə  tutarlı cavab vermədi”. 
A.Sultanovanın sözlərinə görə, qəza keçirəndən sonra Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
“Çünki kəllə-beyin travması almışdım. İnanın, xəstəxanada gördüklərimdən dəhşətə gəldim. Cənab prezidenti səhiyyə sahəsinə bu dərəcədə diqqət və qayğı göstərdiyi vaxtda Respublika Kliniki Xəstəxanasında reanimasiya şöbəsində çox acınacaqlı hallar baş verir. Xəstələrlə kobud rəftar sözlə ifadə ediləsi deyil. Hətta, xəstələrə “potensial pul mənbəyi” kimi baxırlar. Məni evə buraxandan sonra halım yenə çox pis oldu. Məni ikinci dəfə “Semaşko”ya (Kliniki Tibbi mərkəz-red.) apardılar. Onu da deyim ki, “Semaşko”dakı tibbi personaldan çox razı qaldım. Çətin günümdə həmkarlarım da məni tək buraxmadılar. Yenə deyirəm. Səhiyyə Nazirliyi mənə heç bir formada köməklik göstərməyib. AzTV-nin sədr müavini İbrahim Məmmədov mənə çox köməklik etdi. Allah  bütün həmkarlarımdan razı olsun”.
Qeyd edək ki, mətbuatda Səhiyyə Nazirliyinin xəstəyə göstərdiyi köməklik haqqında geniş informasiyalar yer almışdı.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol