“Azercell”in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

"Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb.
Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən "Azercell Telekom” ilin əvvəlindən bu günə kimi rəqəmsal məhsullar çeşidini əhəmiyyətli dərəcədə zənginləşdirdi. Yeni mobil tətbiqlər vasitəsilə istifadəsi mümkün olan müxtəlif rəqəmsal həllər fərqli zövq və tələbatlara uyğun şəkildə abunəçilərin maraqlarını qarşılamaqda və gündəlik həyatı asanlaşdırmaqda davam edir.
Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verən "Azercell”in "Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda "Biznes” kateqoriyasında ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb. Belə ki, hazırda 270 000-dən artıq abunəçinin istifadə etdiyi "Kabinetim” mobil tətbiqi "App Store” və "Playstore” statistikası üzrə ən yüksək pillələri tutmaqdadır.
COVİD-19 qlobal pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu ilk aylardan etibarən "Azercell” abunəçilərin sosial təcrid şəraitində zamanlarını səmərəli keçirə bilmələri üçün rəqəmsal həllərin çeşidini artırmaqla yanaşı, onların istifadəçiləri üçün müxtəlif endirimli kampaniyalar da tətbiq etdi.
Eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur "Busuu” tətbiqinin aylıq paketi 50 faiz endirimlə "Azercell” abunəçilərinin ixtiyarına verildi. Həmçinin, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı və şəhid ailələrindən olan, eləcə də autizmdən əziyyət çəkən minə yaxın məktəbliyə "Azercell” altı aylıq pulsuz "Busuu” xarici dil kurslarını hədiyyə edib.
Abunəçilərin sevdiyi serialları asanlıqla smartfondan izləməyə imkan verən "BluTV” və 200-dən artıq dünyanın ən baxımlı kanallarını seyr etməyə şərait yaradan "NNTV” tətbiqləri isə abunəçilər arasında istifadə müddətinə görə rekord hədlərə çatan proqramlardır. "NNTV” xidmətinin yeni "Sports” ("İdman”) paketinə abunə olmaqla idman azərkeşləri ən populyar matçlar və idman yarışlarını seyr edə bilirlər. Bundan əlavə "NNTV Kids” paketində "Disney”, "Boomerang”, "Cartoon Network”, "Nickelodeon HD”, "TRT Cocuk”, "Detskiy mir”, "Karusel”, "Discovery Channel HD” kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.
Azercell-in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə "Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Daha ətraflı məlumat üçün: www.azercell.com/az/
Eyni zamanda [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























