DİM elan verdi

Dövlət İmtahan Mərkəzi doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edib.
"Qafqazinfo” xəbər verir ki, müqaviləçi-mütəxəssis doktorantura səviyyəsinə qəbul imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:
sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;
test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























