"İnsanların polis bölməsində çəkilən fotolarının yayımlanması yolverilməzdir - AÇIQLAMA

Son
günlər sosial şəbəkələrdə polisin parkda dincələn vətəndaşları bölməyə
aparılaraq cərimələnməsi barəsində videogörüntülər yayılıb.
Anews.az həmin videodakı vətəndaşlardan biri ilə əlaqə saxlayıb.
Vətəndaş
onu da da əlavə etdi ki, yazılan cərimələr və ona edilən haqsızlıqla razı
deyil. Buna görə aiddiyatı yerlərə müraciət edəcək.
Cavad
Cavadov onu da əlavə etdi ki, bu məsələyə son qoyulmalıdır və bununla bağlı yerli məhkəmlərə
müraciət olunub. Əgər məsələ həllini tapmasa Avropa məhkəməsinə müraicət
olunacaq.
www.anews.az
Anews.az həmin videodakı vətəndaşlardan biri ilə əlaqə saxlayıb.
Vətəndaş
Samir Mirməmmədoğlu anews.az –a açıqlamasında bildirib ki, onlar haqsız yerə
polis tərəfindən bölməyə aparılaraq cərimə olunublar.
"Mən
üç universiteti qırmızı diplomla bitirmiş və bu ölkənin qanunlarını çox gözəl bilən
ölkə vətəndaşıyam. Düşünürəm ki, polis yaydığı bütün məlumatlar sadəcə təhrifdir.
Araşdırılsa məlum olacaq ki, polis orqanları konstitusiya və inzibati xətalar məcəlləsinin maddələrinı pozub. Videodan da görünür ki, biz sadəcə uşaqlarla parkda çörək
yeyirik. Anidən 5-6 polis maşını gəlib uşaqlarla bərabər bizi bölməyə apardı.
Heç bir xəbərdarlıq etmədən bizi polis bölməsində bir otağa saldılar. Şifahi şəkildə
bizə əynimizdə ya Hüseyn şüarlı geyimlərimizi səbəb göstərərək uşaqların
yanında sərt (təhqiranə şəkildə) tənqid etdilər. Saədəcə uşaqlar ağladığı üçün sonradan
onları çölə çıxartdılar. Fotolarımızı çəkdilər. Mən etiraz edərək bildirdim ki,
fotoların yayımlanmasını istəmirik. Bu zaman mənə bildirdilər ki, fotolar heç
yerdə yayımlanmayacaq sadəcə polisin özündə saxlanacaq. Buna baxmaraq bir neçə
saaat sonra həmin fotolar Daxili İşlər Nazirliyinin səhifəsində paylaşıldı. Bu
da konustitusiyanın 32-ci və inzibati xətalar məcəlləsinin 51.2-ci maddəsinin, yəni vətəndaşın icazəsi olmadan fotolarının yayıması
hüquqnun pozulmasıdır".
Hüqüqşünas
Cavad Cavadov məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, bu cür məsələlərdə
vətəndaşın hüquqları konustitusiya və inzibati xətalar məcəlləsinin maddələrinə
əsasən pozulmuş sayılır və yolverilməzdir. Polis həmin şəxslərin fotolarını yalnız öz məxfi istifadəsi üçün çəkə bilər və vətəndaşın icazəsi olmadan bunu yaya
bilməz. Çünki burada insan ləyaqətinin elementləri var. Əli arxada divara
düzülmüş formada foto çəkib yaymaq yalnışdır.
Məsələ
ilə bağlı anews.az-ın sorğusuna cavab olaraq
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, "bu il Aşura mərasimi də xüsusi karantin rejimi
dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq
Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl
etmişlər. Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə
artıran toplaşmağa cəhdlər qeydə alınıb ki, görülmüş tədbirlərlə həmin
pozuntuların qarşısı alınıb".
DİN hesab edir ki bununla belə, bəzi kütləvi
informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura
günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə
cəhdlər edilib.
"Bü cür məlumatların yanlış olduğunu
xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin
hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə
istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi
aksiyanın keçirilməsi də yolverilməzdir. Tətbiq olunan məhdudiyyətlərin yeganə
məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir. Bir daha vətəndaşlarımızı koronavirus
pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə böyük və gərgin
səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid
qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan
vasitələrdən daim istifadə etməyə çağırırıq”, deyə bəyanatda vurğulanıb.
Vətəndaşların polis bölməsində çəkilmiş fotolarının onların icazəsi olmadan yayımlnmasının nə dərəcədə qanunauyğun olması barədə sualımızı isə DİN rəsmiləri cavabsız qoydu.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























