• $
  • €
  • ₽
  • ₺
  • £

Türk tələbələri Azərbaycanda hansı universitetləri seçdi?

Türk tələbələri Azərbaycanda hansı universitetləri seçdi?
02.07.2014 12:30
Son zamanlar Azərbaycanın ali təhsil müəssisələrində xarici tələbələrin sayı durmadan artır. Onlar arasında Türkiyə vətəndaşlarının çoxluğu isə daha çox diqqət çəkir. 
Modern.az saytı Azərbaycan ali təhsil ocaqlarında təhsil alan türk vətəndaşların sayı və əsasən hansı universitetlərə üstünlük verdiklərini Təhsil Nazirliyindən soruşub. Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası ərazisində təhsil alan 5124 əcnəbi tələbədən 2754-ü Türkiyə vətəndaşıdır.
Ölkəmizin ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə 2050 nəfər, magistratura səviyyəsi üzrə176, doktorantura səviyyəsi üzrə 104 Türkiyə vətəndaşı təhsil alır. Qalanlar dil kursları, qısamüddətli mübadilə proqramları çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil almaqdadırlar.
Azərbaycan Respublikası ərazisində Türkiyə vətəndaşlarının təhsil aldıqları universitetlərin sıralanması aşağıda qeyd olunub:
Azərbaycan Memarlıq və İnşaat Universiteti -720 nəfər 
Azərbaycan Tibb Universiteti – 413 nəfər
Bakı Dövlət Universiteti – 335 nəfər 
Qafqaz Universiteti – 299 nəfər
Naxçıvan Dövlət Universiteti – 272 nəfər
“Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşlara yaradılan şərait, Azərbaycan vətəndaşlarına yaradılan şəraitlə eyni səviyyədədir. Onların ali təhsil müəssisəsinin kitabxana, idman kompleksi, tibbi və digər xidmətlərdən istifadə etmək hüquqları vardır.
Azərbaycanda təhsil alan Türkiyə vətəndaşlarının böyük hissəsi tədris dili olaraq Azərbaycan dilinə üstünlük verirlər. Rus bölməsində təhsil alan türk tələblərin sayı isə azlıq təşkil edir”-deyə Təhsil Nazirliyi bildirib.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol