• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlara gediş-gəliş yalnız bu halda bərpa edilə bilər - TƏBİB

Rayonlara gediş-gəliş yalnız bu halda bərpa edilə bilər - TƏBİB
31.08.2020 22:33
"Payız və qış aylarında soyuqla əlaqədar koronavirus infeksiyasının artma ehtimalı var. Çünki hava soyuduqca, insanlar açıq havada deyil, daha çox qapalı məkanlarda olurlar. Bu da təmas riskini artırır. Biz də bu riski gözləmək üçün birinci növbədə məsafəni qorumalı və maskadan istifadə etməliyik”.
Anews.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, bütün qapalı məkanlarda qoyulan qaydalara riayət edilməlidir:
"İnfeksiyanın artmasının qarşısını almaq üçün qapalı və insanların sıx olduğu məkanlarda, mütləq şəkildə maska taxılmalı, sosial məsafəyə riayət olunmalıdır. İstər ticarət obyektləri olsun, istər digər məkanlar olsun, burada müəyyən say üzərində insan girişi məhdudlaşdırılmalıdır. Belə yerlərə eyni anda çox insan daxil ola bilməz. Bura metro stansiyaları və digər nəqliyyat vasitələri, xüsusən də avtobuslar aiddir”.
İşçi qrupun rəhbəri əlavə edib ki, payız-qış mövsümündə xəstəliklərin qarşısını almaq üçün qripə qarşı peyvənd vurulması tövsiyə olunur.
V. Əliyev həmçinin bildirib ki, əgər əhali qoyulan qayda-qanunlara riayət etsə, rayonlara gediş-gəlişin bərpası problem yaratmayacaq:
"Əgər əhali qayda-qanuna əməl edərsə, düşünmürəm ki, vəziyyət pisləşər. Məsafə gözləməklə, maska taxmaqla bu virusdan qorunmaq olar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol