• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradılıb

Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradılıb
01.09.2020 22:00
Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb. 

Anews.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ilk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti – "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb. 

"Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. 

Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək.  
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib. 

Müştərək şirkətin təsisçiləri – "Paşa Sığorta” ASC, "Qala Sığorta” ASC,  "Meqa Sığorta” ASC, "Azərbaycan Sənaye Sığorta” ASC, "Xalq Sığorta” ASC, "AZSIĞORTA” ASC, "Bakı Sığorta” ASC şirkətləridir.  

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub. 

Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək. 

Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan digər şirkətlər də "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol