Azərbaycan-Türkiyə sərhədində ƏMƏLİYYAT

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Anews.az-a bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar.
Saxlanlmış şəxslərin üzərindən 12 kq heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülüb. Sərhəd pozucularının narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdikləri məlum olub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























