• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir bu qadağanı ləğv etdi - QƏRAR

Baş nazir bu qadağanı ləğv etdi - QƏRAR
01.09.2020 14:49
Nazirlər Kabineti "Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.

Anews.az xəbər verir ki, dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.

Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Eyni zamanda ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa da ləğv edilib.

Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:

Sıra
№-si
XİF MN üzrə kod
Malın adı
1
2
3
1.
2207 10 000 0
Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

2.
2207 20 000 0
Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

3.
2208 90 910 0
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

4.
2208 90 990 0
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

5.
Qrup 30-dan
Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla)

6.
3808 94-dən
Dezinfeksiyaedici vasitələr

7.
3822 00 000 0-dan
Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

8.
3926 20-dən
Baxillər

9.
4015 19-dan
Steril və qeyri-steril əlcəklər

10.
5603-dən
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar

11.
6210 10-dan
Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

12.
6307 90-dan
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

13.
9004 90-dan
Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər

14.
9019 20 000 0
Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı

15.
9025 19-dan
İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol