Bakıda nəvəsini qoruyan nənəni maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Şahidlərin "Report”a verdiyi məlumata görə, hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.
Belə ki, 99 GN 053 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes” markalı avtomobil piyada zolağında ad-soyadı hələlik məlum olmayan yaşlı qadını vuraraq öldürüb.
Şahidlərin sözlərinə görə, avtomobil piyada zolağında qadının nəvəsini vuran zaman o, uşağı xilas etməyə çalışıb. Həmin an avtomobil qadını vuraraq öldürüb, onun nəvəsi isə ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























