Bakıda daha bir qəsəbə Balaxanı kimi olacaq

Bakının əsas və qədim kəndlərindən olan Əmircan qəsəbəsində də təmir-bərpa və abadlıq işləri başlayıb.
Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir.
Ə.Əliyev qeyd edib ki, qənbər daşların düzülməsi müəyyən vaxt aparacaq:
"Əmircanda işlər Balaxanıdakından çox çəkəcək. Çünki ərazi baxımından Əmircan daha böyükdür. Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür. Malalar çapılır, sonra daşların arası xüsusi məhlulla təmizlənir, ardından üzərinə müəyyən kimyəvi məhsul çəkilir ki, onların qədimliyi üzə çıxsın.
Yeni mişar daşlarından hörülən hasarlara aqlay vurulur, bəzi hasarlar isə fransız boyaları ilə boyanacaq. Əmircanda qədimlik müasirliklə birləşəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























