• $
  • €
  • ₽
  • ₺
  • £

Pandemiya dövründə əcnəbilər Azərbaycanda daha çox pul xərcləyiblər

Pandemiya dövründə əcnəbilər Azərbaycanda daha çox pul xərcləyiblər
01.09.2020 16:43
Bu ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 23 milyon manat olub.

Ötən ilin iyul ayı ilə müqayisədə xarici vətəndaşların bank kartları vasitəsilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 6 dəfəyə yaxın azalıb. Belə ki, ötən ilin iyul ayında əcnəbilər bank kartları vasitəsi ilə Azərbaycanda 134,6 milyon manat xərcləyiblər.

Qeyd edək ki, bank kartları vasitəsi ilə aparılan əməliyyatların ümumi həcmi azalsa da, adambaşına düşən xərclər kəskin artıb. Ötən ilin iyul ayında Azərbaycana 366,7 min əcnəbi səfər etdiyi halda, bu ilin iyul ayında 28,2 min əcnəbi gəlib. Bu isə o deməkdir ki, ötən ilin iyulunda hər bir əcnəbi bank kartları vasitəsilə orta hesabla 367 manat xərclədiyi halda, bu ilin iyul ayında 815 manat xərcləyiblər.

Bu ilin yanvar-iyul aylarında isə azərbaycana 618,3 min əcnəbi səfər edib və onların bank kartları vasitəsilə xərclədiyi vəsait 302,7 milyon manat olub. Nəticədə 2020-ci ilin ilk 7 ayında hər bir əcnəbi bank kartları vasitəsilə orta hesabla 490 manat xərcləyib.

Ötən ilin yanvar-iyul aylarında isə azərbaycana 1 milyon 777,4 min əcnəbi səfər edib və onların bank kartları vasitəsilə xərclədiyi vəsait 725,4 milyon manat olub. Nəticədə 2019-cu ilin ilk 7 ayında hər bir əcnəbi bank kartları vasitəsilə orta hesabla 408 manat xərcləyib.(yeniavaz)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol