Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı kəskin artdı - SİYAHI

Son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı (15-17 yaş arası) qızların sayı yenidən artıb.
Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən məktəbyaşlı qızların sayı 2018-i illə müqayisədə ötən il 22,5% artaraq 40 nəfərdən 49 nəfərə yüksəlib. Bu son 4 ildə qeydə alınan ən yüksək göstərici olub.
Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 37 min 308 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 3,2% və 1 min 167 nəfər artıb.
Abort etdirənlərin 3,9% və ya 1 455 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 17,5% və ya 217 nəfər artıb.
Onu da bildirək ki, Azərbaycanda ümumi abort etdirənlərin sayı 2017-ci ildə ən yüksək səviyyəyə - 37 min 618-ə yüksəlib. Məktəbyaşlı qızlar arasında abortların sayı isə ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Müqayisə üçün son 12 ildə qeydə alınan abortların sayını təqdim edirik:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























