Liseylərə qəbulun nəticələri açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
Anews.az idarəyə istinadən xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird müvəffəq olub.
Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.
Həmçinin müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























