Arvadını baltalayıb öldürdü

Sabirabad rayonunda kişi arvadını baltalayıb.
Rayon prokurorluğundan Anews.az-a verilən məlumata görə, sentyabrın 2-də saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülüb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























