• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Sumqayıt bələdiyyəsini məhkəməyə verdi

Nazirlik Sumqayıt bələdiyyəsini məhkəməyə verdi
03.09.2020 12:34
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Səməd Vurğun və Sahil küçələrində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Ramal Bağırov Anews.az-a bildirib ki, sözügedən ərazilərə keçirilən baxış zamanı məişət və istehsalat tullantılarının ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb:

"Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Sumqayıt bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Ərazilərin tullantılardan təmizlənməsi, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib.

Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarına bir daha müraciət edir ki, tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etsinlər, əhalidə narahatlıq yaradan hallara, sanitar və ekoloji normaların pozulmasına yol verməsinlər”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol