Daha 24 nəfər Azərbaycana gətirilir

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.
Anews.az xəbər verir ki, Azərbaycanın Aktaudakı baş konsulluğundan bildirilib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Merkuri 1” (17 nəfər) "Professor Gül” ( 6 nəfər) və "Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























