AQTİ və “ABAD” birgə layihəyə start verdi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu "ABAD” publik hüquqi şəxslə birgə yeni maarifləndirci layihəyə start verib.
İnstitutdan verilən məlumata görə, layihə çərçivəsində AQTİ mütəxəssisləri istehlakçıları maraqlandıran müxtəlif mövzularla qarşınızda olacaq. Birgə layihə çərçivəsində ABAD-ın dəstək verdiyi qida sahəsində fəaliyyət göstərən abadçılar öz fikirlərini izləyicilərlə bölüşəcək.
Layihə çərçivəsində hazırlanan ilk videoçarxda arıçıları və istehlakçıları maraqlandıran aktual suallardan biri olan "Təbii balı saxta baldan necə fərqləndirmək olar?” mövzusuna aydınlıq gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























