Bakıda karantini pozaraq məclis keçirənlər cəzalandırıldı

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə "İnstagram” sosial şəbəkəsində görüntülər paylaşılıb.
Sabunçu rayonunun Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə Əzimzadə, Ofeliya Əzimzadə, Günay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.
www.anews.az
Anews.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilib, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























