• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğuru

Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğuru
04.09.2020 08:38

 
Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər
 
Ölkədə təhsilin inkişafına qatqısını əsirgəməyən Azercell Telekom-un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal qazanıblar.
 
Qeyd edək ki, məktəblilərin İnformatika fənni üzrə beynəlxalq olimpiadaya hazırlığı bilavasitə Azercell şirkətinin iştirakı ilə baş tutub. M.Eynizadə və Ə.Hüseynov Asiya Pasifik İnformatika Olimpiadasına hazırlıq mərhələsində Azercell-in dəstəyilə təşkil olunan məşğələlərə qatılıblar.
 
Kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu beynəlxalq yarışlardan hesab olunan APIO 2007-ci ildən etibarən keçirilir. Bu il yarışmada 33 ölkədən 200-dən çox şagird iştirak edib. Beynəlxalq İnformatika Olimpiadası formatındakı müsabiqə bu dəfə onlayn olaraq İndoneziya hökuməti tərəfindən təşkil olunub. APIO yarışmasında Asiya və Sakit Okeanın qərb regionundan olan ölkələrin nümayəndələri iştirak edirlər. 
 
Daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənən Azercell Telekom neçə illərdir ki, digər nüfuzlu yarışma - Beynəlxalq İnformatika Olimpiadasına qatılan azərbaycanlı şagirdləri də dəstəkləyir. Ötən il Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell Rəqəmsal Sponsor qismində təmsil olunaraq iştirakçıları mobil internetlə təmin edib. Şirkət 2017-ci ildən etibarən AR Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara elmi potensiallarını inkişaf etdirməsinə yardım göstərir.
 
Qeyd edək ki, Azercell ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsi işinə dəstəyini əsirgəmir. Azercell şirkəti informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların dəstəklənməsi, ümumilikdə informasiya-texnologiyaları sahəsində təhsilin inkişafı ilə bağlı layihələr üzrə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol