Gürcüstandan Azərbaycana daha bir təxliyə həyata keçirilir

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.
Anews.az xəbər verir ki, təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır.
Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.
Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























