• $
  • €
  • ₽
  • ₺
  • £

Pandemiyada işdən çıxarılan bu şəxs şirkətdən 50 min tələb edir

Pandemiyada işdən çıxarılan bu şəxs şirkətdən 50 min tələb edir
04.09.2020 10:00
"Azsığorta” ASC-nin işdən çıxarılan əməkdaşı şirkəti məhkəməyə verərək 50 min manatdan çox pul tələb edib.

Anews.az bildirir ki, bu barədə "Qafqazinfo”ya müraciət edən Seymur Babayev bildirib ki, 2016-cı ildən başlayayaraq "Azsığorta”nın Şirvan Muğan filialının satış nümayəndəsi vəzifəsində işləyib: "2020-ci ilin yanvarında guya müqavilələri elektron informasiya sisteminə vaxtlı-vaxtında yerləşdirmədiyimə görə işdən çıxarıldım. Amma mənimlə şirkət arasında olan işəgötürmə müqaviləsində əmək öhdəliklərimdə müqavilələrin sistemə vurulması haqda heç bir şərt, bənd yoxdur. Bu, mənim öhdəliyimdə olan məsələ olmayıb. Müqavilələr ofisdə sistemə vurulurdu. Mən isə satış mütəxəssisi kimi müştəri cəlb edirdim”.

S.Babayev iddia edib ki, şirkətin dediyi nöqsanlara görə işdən azad edilməsi onun pandemiya dövründə heç bir yerdə iş tapa bilməməsinə səbəb olub: "2019-cu ilin son aylarında "Azsığorta”nın Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov mənim barəmdə qeyri-qanuni yoxlamalara başladı. Qorxutmaq, qanunsuz etiraf almaq, törətmədiyim əmələ görə cəzalandırmaq məqsədilə Çingiz Məhərrəmov mənə güclü psixi iztirablar verirdi. Bundan başqa barəmdə toplanılan və aparılan yoxlama sənədləri ilə tanış olmağıma şərait yaradılmadı. Sonda əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğum vəzifədən azad edildim. Əmrin məzmununda "əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə” işdən çıxarılmağım qeyd olunub”.

S.Babayev əmrin ləğvi üçün məhkəməyə üz tutub, Yasamal rayon Məhkəməsi onun şikayətini təmin etməyib: "Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Amma hakim Xəyalə Cəmilova indidən işə qərəzli yanaşır, proseslərdə "Azsığorta”nın tərəfini saxlayır, mənim çıxış etməyimə imkan vermir. Buna görə də sonuncu iclasda çıxışımı yarımçıq kəsdiyi üçün işə başqa hakimin baxması barədə məhkəmə sədrinə etiraz verdik. Mənim barəmdəki əsassız əmrin ləğv edilməsi, işə bərpa olunmağım, məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqı və vurulmuş mənəvi zərərin əvəzi kimi 50 000 ödənilməsini tələb edirəm”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol