• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək?

Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək?
05.09.2020 16:21
Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü "Jurnalist binası” istifadəyə, demək olar ki, hazırdır.


Jurnalistlər Milli Mətbuat günündə evlərin veriləcəyini düşünürdülər, amma belə olmadı.


Bu səbəbdən də media nümayəndələrinin bina ilə bağlı müzakirələri səngimək bitmir. Bəziləri mənzillərin verilməsi şərtlərinin dəyişdirildiyini düşünür. "Jurnalist binası”nın açılış mərasiminin dekabr ayında olacağını bildirənlər də var. Hər kəsi "mənzillər nə zaman və hansı şərtlərlə veriləcək” sualı maraqlandırır ki, bununla bağlı hələ ki, cavab verilməyib.


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat katibi İlkin Nadirov isə "Yeni Müsavat”a açıqlamasında binanın təhvil verilməsi ilə bağlı hər hansı yeniliyin olmadığını dedi: "Bu il verilib-verilməyəcək, bilinmir. Mediada çox yazırlar evlər sentyabrda, noyabrda veriləcək. Bizim əlimizdə olan informasiya odur ki, bununla bağlı qərar yoxdur. Bir xəbər olarsa, mütləq paylaşılıcaq”.
 


Qurum sözçüsü mənzillərin verilməsi ilə bağlı yeni şərtlərin olub-olmaması məsələsinə də münasibət bildirdi: "Bununla bağlı hər hansı tapşırıq olsa mütləq ictimaiyyətə açıqlanacaq”.


Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol