Azərbaycanda bu gündən bu məhdudiyyət aradan qaldırıldı

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.
Anews.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.
Xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























