• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda intihar edən gəncin SON SÖZLƏRİ- FOTO

Sabirabadda intihar edən gəncin  SON SÖZLƏRİ- FOTO
07.09.2020 10:10
Sabirabadda intihar edən 31 yaşlı Rauf Əsədov hadisədən əvvəl son sözlərini yazıb. 

O, fikirlərini "Facebook” hesabında bölüşüb:

"Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Elə bilməyin ki, bir anda hər şeydən imtina edib getmək asandır. Yox, çox çətindir.

Heç kim sənin nələr yaşadığını, nə dərdinin olduğunu, içində nələr çəkdiyini, nələrlə mübarizə apardığını, hətta necə bir insan olduğunu bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər.

Həyatda "Bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu, hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Səni ayaq tozuna layiq olmayanlara dəyişdim, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, birazdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə deyirəm ki, məni əsla qınamayın və pis olmayın!

Sən mənim həyatımsan, oğlum!

Olduğun yer nəfəsdir mənə
Sən qolum-qanadımsan, oğlum!

Varlığın belə yaşamağa bəsdir mənə.

Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil.
Əlvida!”
 

09:45
Sabirabadda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.

Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.

R.Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən bir həftə əvvəl işdən çıxıb. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol