Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri planı müzakirə edilib. Bəxtiyar Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə "Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.
Onlayn iclasda Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.
Bildirilib ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli və "Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günüuzadılmış qrupların təşkili qaydalarını müəyyən edəcək.
Komitə üzvləri İsa Həbibbəyli, Eldar Quliyev, Musa Qasımlı, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva, Şahin Seyidzadə müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























