"Rayonlararası avtobusların fəaliyyəti ilə bağlı icazə gözləniləndir" - AÇIQLAMA

Sentyabrın 8-dən Azərbaycanda ölkə
daxilində rayonlara gediş-gəlişin bərpası üçün olan məhduddiyyətlər aradan
götürülür. Amma ölkə daxilində hərəkətdən ancaq fərdi nəqliyyat vasitə sahibləri və taksi xidmətindən
istifadə etmək imkanına malik vətəndaşlar faydalana biləcəklər. Bəs avtomobili və taksi pulu olmayan vətəndaşların rayonlara necə getsin və bu yumşalma yoluxma sayına nə qədər təsir edəcək?..
"Karantin
postlarındakı müəyyən avadanlıqlar və qurğular hələlik qalacaq. Çünki
yoluxma sayının bundan sonra necə olacağı və buna uyğun hansı qərarın veriləcəyi
məlum deyil".
"Vətəndaşlar taksilərin fəaliyyətindən istifadə edə bilərlər. Giriş-çıxışa tətbiq edilən məhdudiyyət bu gecə qüvvədən düşən kimi sərbəst gediş-gəlişə icazə veriləcək. Qeydiyyat yerindən asılı olmayaraq hər kəs Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu daxil olmaqla, ölkədaxili istənilən şəhər və rayona gedib gələ bilər. Aydın məsələdir ki, hamının fərdi maşını yoxdur və belə adamlar 200-300 kilometr məsafəni piyada gedə bilməz. Ona görə bu günə ancaq taksi xidmətindən istifadəyə icazə verilib. Avtobusların hərəkəti ilə bağlı isə ola bilər ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılsın və ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul edilsin. Hər halda hər şey vətəndaşlarımızın pandemiya dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tələb edilən qaydalara, yəni tibbi maskaların istifadə, ara məsafəsinin qorunması kimi çətin olmayan, lakin çox vacib prosedurları nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Hər kəs ən azından özünü qoruya bilsə, yoluxmanın sayı azalar və qüvvədə olan digər məhdudiyyətlər də tezliklə götürülər."
Ekspert Elməddin Muradlı avtobuslarıla rayonlara gediş gəlişin tərəfdarı olduğunu deyir.
www.anews.az
"Avtobuslarn
fəaliyyətinə qoyulan qadağa operativ qərargaha aid olan məsələdir. Dövlət Yol
Polisinin rəsmilərindən Oerativ Qərargahda hər hansı bir nümayəndə yoxdur. Ona
görə də nə qərar verilsə biz sadəcə o qərarla icra edirik", bunu Anews.az
–a açıqlamasında Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran
Əliyev bildirib.
"Düşünürəm
ki, iritutumlu avtobuslarda sərnişinlər arasında sosial məsafəni təmin etmək çətindir. 35-40 nəfər sərnişin
6-8 saat bir yerdə eyni yolu getməyə məcbur olur və bu zaman yoluxma
riski artır. Taksilərdə isə maksimum 4 nəfər bir yerdə ola bilər. Yəqin
buna görə hələlik iritutumlu avtobuslara qoyulan qadağa məhdudiyyəti hələ də
aradan qaldırılmayıb”, -deyə Əliyev bildirdi.
Kamran
Əliyev onu da əlavə etdi ki, karantin rejiminin yumşalması ilə əlaqədar inzibati ərazilərdə giriş-çıxışa qoyulan qadağalar aradan götürüldüyündən bu gecədən mövcud postların fəaliyyəti
dayandırılacaq.
Avtobuslarla qanunsuz
sərnişin daşınması məsələsinə gəlincə isə Əliyev dedi ki, yol polisinin rayonlararası
yollarda kifayət qədər stasionar postları var.
"Şərt deyil ki, konkret
karantin postunda sərnişindaşımaya nəzarət olunsun. Bildiyiniz kimi sərnişin nəqliyyatının,
yəni avtobus və mikroavtobusların hərəkətinə yalnız avtovağzallarda icazə
verilir. Hər bir avtovağzal da hansısa rayon, yaxud şəhərin daxilindədir,
onlara da nəzarət bilavasitə daxildə edilməlidir. Amma ola bilsin ki, hansısa
sürücünün ətraf qəsəbələrdən, yaxud ayrı-ayrı məhəllələrdən sərnişin götürüb
qeyri-qanunu daşıma ilə məşğul olduğu aşkarlanarsa, həmin şəxslər
qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar", deyə yol polisi rəsmisi vurğuladı.
"Vətəndaşlar taksilərin fəaliyyətindən istifadə edə bilərlər. Giriş-çıxışa tətbiq edilən məhdudiyyət bu gecə qüvvədən düşən kimi sərbəst gediş-gəlişə icazə veriləcək. Qeydiyyat yerindən asılı olmayaraq hər kəs Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu daxil olmaqla, ölkədaxili istənilən şəhər və rayona gedib gələ bilər. Aydın məsələdir ki, hamının fərdi maşını yoxdur və belə adamlar 200-300 kilometr məsafəni piyada gedə bilməz. Ona görə bu günə ancaq taksi xidmətindən istifadəyə icazə verilib. Avtobusların hərəkəti ilə bağlı isə ola bilər ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılsın və ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul edilsin. Hər halda hər şey vətəndaşlarımızın pandemiya dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tələb edilən qaydalara, yəni tibbi maskaların istifadə, ara məsafəsinin qorunması kimi çətin olmayan, lakin çox vacib prosedurları nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Hər kəs ən azından özünü qoruya bilsə, yoluxmanın sayı azalar və qüvvədə olan digər məhdudiyyətlər də tezliklə götürülər."
Ekspert Elməddin Muradlı avtobuslarıla rayonlara gediş gəlişin tərəfdarı olduğunu deyir.
"İctimai
nəqliyyat bu gün bizdə arzuolunan vəziyyətdə deyil. Bütün hallarda
avtovağzallardan avtovağzallara hərəkət edən avtobusların işləməsinə şərait yaratmaq daha
yaxşı olardı. Düşünürəm
ki, 30-40 taksiyə karantin qaydalarını bir-bir izah etməkdənsə bir avtobus
sürücüsündən qaydaları tələb etmək daha doğru olardı. Əslində sahibkarlar
avtobusların fəlaiyyətinin bərpasını gözləyirdi. Çünki artıq dərslər başlayır, qaynar iş sezonu açılır və buna görə Bakıya , eləcə də rayonlara axın çox olacaq. Təbii bunun fəsadları da olacaq. Yəqin ki, yaxın zamanda Operativ Qərargah avtobusların fəaliyyətinə icazə
verəcək", - deyə ekspert bildirdi.
Tibb elmləri doktoru, professor Adil Qeybulla rayonlara gediş-gəliş bərpa olunmasının tərəfdarıdır.
"İnsanların ölkədaxilində miqrasiyası müəyyən təlimatla həyata keçirilməlidir. Qzıdırması, koronavirusa şübhəsi olanlar arayış əsasənda getməlidirlər və COVİD-19 testi verməlidirlər. Rayonlara gedərkən restoranlarda, müxtəlif əyləncə mərkəzlərində, istirahət yerlərində və digər qapalı məkanlarda mümkün qədər az olmalı və ən əsası qapalı məkanlarda olduqda karantin qaydalarına mütləq şəkildə əməl edilməlidir. Bu işin də məsuliyyəti həmin obyekt sahiblərinin üzərinə düşür".
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























