• $
  • €
  • ₽
  • ₺
  • £

Baş infeksionist: "Rayona gedəndə qohumlarla görüşməyin!"

Baş infeksionist: "Rayona gedəndə qohumlarla görüşməyin!"
07.09.2020 21:29
Sabahdan etibarən rayonlara gediş-gəlişin bərpa edilməsi və digər yumşalma tədbirləri vətəndaşları arxayınlaşdırmamalıdır.

Anews.az bildirir ki, bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, insanlar ictimai nəqliyyatdan istifadə etməsə, yaxud sıxlıq olmasa, hər kəs öz avtomobili ilə rayonlara getsə, yoluxma ehtimalı az olar:

"Bütün hallarda verilən tövsiyələrə əməl etmək lazımdır. Təbii ki, rayonlarda Bakıdakı qədər sıxlıq olmur. Kiminsə rayonda evi varsa, orada istirahət edir. Həmin şəxslərin başqaları ilə təmas ehtimalı Bakıya nisbətən aşağı olur. Ona görə də tövsiyələrə əməl olunması, sosial təcridin, məsafənin gözlənilməsi, maskadan istifadə və şəxsi gigiyena qaydalarına əməl edilməsi vacib şərtdir. Bakıda özümüzü virusdan qorumaq üçün hansı qaydalara əməl ediriksə, rayonlarda da həmin qaydalara riayət olunması vacibdir”.

C.İsayev bildirib ki, rayona gedən şəxslər yaxınları ilə görüşməyə, əlaqə saxlamağa cəhd etməsinlər: "Telefonla danışsınlar, məsafə saxlasınlar. Bizim insanlarımız istiqanlıdır. Rayona gedən zaman qohum-əqrəba ilə görüşməyə can atır. Lakin epidemioloji vəziyyətdə belə görüşlər təhlükə yarada bilər. Görüşmək məcburiyyəti yaransa, mütləq qaydalara əməl etsinlər”.

Baş infeksionist, həmçinin qeyd edib ki, insanlar koronavirusun artıq bitdiyini düşünməsinlər, təhlükə hələ də davam edir.

"Bizdə koronavirusa gündəlik yoluxma sayı üçrəqəmlidir, 100-dən artıqdır. Bu da təhlükəlidir. Hər zaman alovlanma baş verə və yenidən xəstələnmə sayı arta bilər. Bu da səhiyyə işçilərinin, insanların sağlamlığı üçün təhlükəlidir. Qonşu Türkiyədə son günlər xəstələnmə sayı artır. Bu, bizdə də gözlənilə bilər. Ona görə hamıdan xahişimiz və tələbimiz odur ki, qaydalara əməl edək. Çalışaq ki, yoluxma sayı artmasın. Xəstələr ev şəraitində özbaşına müalicə almasınlar. Həkim və mütəxəssis çağırsınlar, qərar verilsin ki, xəstə ev şəraitində müalicə alsın və ya xəstəxanaya göndərilsin. Bunlara əməl edilərsə, yoluxma sayında artım olmaz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol