Bakıda özünü məktəbin pəncərəsindən atan qızla bağlı YENİ XƏBƏR

Sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmb.
Binəqədi rayon prokurorluğundan Anews.az-a bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Hazırda Solmaz Hacıyeva stasionara yerləşdirilməklə onun səmərəli müalicəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilir.
Təhsil Nazirliyi ilə əlaqəli şəkildə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə peşəkar mütəxəssislər cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























