• $
  • €
  • ₽
  • ₺
  • £

Gədəbəydə polislərə hücum edən ər-arvadla bağlı prokurorluqdan AÇIQLAMA

Gədəbəydə polislərə hücum edən ər-arvadla bağlı prokurorluqdan AÇIQLAMA
08.09.2020 13:35
İyunun 9-da Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində xidməti xəzifələrini icra edən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına kənd sakinləri tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Gədəbəy rayon Prokurorluğundan Anews.az-a verilən məlumata görə, istintaqla Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyevin yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə, arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökməsi və əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsinə həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol