• $
  • €
  • ₽
  • ₺
  • £

“Metronun açılması müzakirə edilir” - RƏSMİ

“Metronun açılması müzakirə edilir” - RƏSMİ
08.09.2020 14:19
"Bakı Metropoliteni”nin fəaliyyətinin bərpa olunması ilə bağlı daim müzakirələr aparılır və nə vaxt qərar olarsa, biz icra etməyə hazırıq. Bunu Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, gündəlik olaraq, adi iş rejiminə hazırlaşırlar:

"Bizdə işlə bağlı normativlər var. Sahələrdə xidmət göstərən əməkdaşlarımız karantin qaydalarının tələblərinə əməl etməklə işə çıxırlar. Maşinistlər, stansiyada xidmət göstərən əməkdaşların hazırlığı da mütəmadi olaraq yoxlanılır. Tərəfimizdən işlə bağlı hansısa problem yoxdur”.
 
O, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun qurumun fəaliyyətinin bərpa olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmədiyini də deyib:

"Hazırda metronun bağlanması epidemioloji vəziyyətlə bağlıdır deyə, sırf peşəkar, ixtisaslaşmış yanaşma tələb edir. Bizim vəzifəmiz sərnişindaşımadır. Ona görə də qərar nə olacaqsa, biz də onu icra edəcəyik. Amma metropolitenin açılması birmənalı olaraq, daim müzakirə edilir. İndiki halda metronun fəaliyyətinin bərpa olunması ilə bağlı bizə konkret göstəriş verilməyib. Yəni metronun köhnə qayda ilə açılması, yaxud metodiki göstəriş şəklində hansısa qərar yoxdur”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə sentyabrın 13-dən etibarən "Bakı Metropoliteni” QSC-nin fəaliyyətini bərpa edəcəyilə bağlı məlumatlar yayılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol