• $
  • €
  • ₽
  • ₺
  • £

İmtahanlara buraxılanların sayı ötən illə müqayisədə artıb - AÇIQLAMA

İmtahanlara buraxılanların sayı ötən illə müqayisədə artıb - AÇIQLAMA
08.09.2020 16:04
Bu il birinci qrup üzrə imtahanlarda iştirak üçün müraciət edən 28 min 242 nəfərdən 58,9 faizi yəni, 16 min 627 nəfəri müsabiqəyə buraxılıb. Ötən il müraciət edənlərin sayı 27 min 927 nəfər olub ki, onların da 57 faizi, yəni 15 min 943 nəfəri imtahana buraxılmışdı.

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, 2020-ci və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumatlar qurumun rəsmi saytında yerləşdirilib:

"Bu il imtahana buraxılanların sayının az olduğu vurğulansa da, statistika bunu demir. Hətta ötən il ilə müqayisədə iştirakçıların sayı 1000 nəfərə qədər artıb.  
Belə ki, bu il ikinci qrup üzrə imtahanda iştirak üçün müraciət edən 13 min 023 nəfərdən 8 min 256 nəfəri (63,4%), üçüncü qrup üzrə müraciət edən 21 min 410 nəfərdən 18 min 047 nəfəri (84,3%), dördüncü qrup üzrə müraciət edən 4 min 787 nəfərdən 3 min 945 nəfəri (82,4 %) müsabiqəyə buraxılıblar”.

M.Abbaszadə onu da əlavə edib ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrların da iştirakı nəzərə alınmalıdır:

"Beləliklə, birinci ixtisas qrupu üzrə 5 min 179, ikinci ixtisas qrupu üzrə 5 min 240, üçüncü ixtisas qrupu üzrə 2 min 853, dördüncü ixtisas qrupu üzrə 1 609 subbakalavr imtahanlarda iştirak edib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol