• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab verdi

Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab verdi
08.09.2020 16:12
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqə şərtlərinin yumşaldılması təklifinə münasibət bildirib.

Bu gün keçirilən onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab olaraq bildirib ki, müsahibə şərtləri DİM tərəfindən müəyyən edilmir:

"Bu şərtləri Təhsil Nazirliyi ilə birlikdə müzakirə etdikdən sonra hökumətə təklif edirik. Bu qaydalar artıq təsdiq edilib. İkinci məsələ odur ki, pandemiya ilə əlaqədar problemlər yaşanıb. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi ilə birlikdə hökumətə təkliflərimizi vermişik, bir sıra imtahanlarda müəyyən dəyişikliklər edilib. Müəyyən proqramlar çıxarılıb, imtahanın birinci mərhələsində açıq sualların 50 faizi qapalı suallarla əvəzlənib”.

M.Abbaszadə bildirib ki, bu il plan yerləri təxminən bir faiz artıb. Dövlət sifarişli plan yerləri üzrə artım daha çoxdur:

"Bu artım təxminən səkkiz faizdir. Hazırda əlavə kontingentin müsabiqəyə buraxılması məsələsinə baxılmır. Bu, o halda olur ki, plan yerləri çox, abituriyentlərin sayı azdır. Bu il isə elə deyil və müsabiqə üçün kifayət qədər rəqabət şəraiti yaranıb”.

DİM sədri bəzi ekspertlər tərəfindən builki qəbul nəticələrinin ötənilkilərdən aşağı olması barədə deyilən fikirləri də düzgün saymayıb.
Qeyd edək ki, bir müddət əvvəl ombudsman müsabiqə şərtlərinin yumşaldılması ilə bağlı təklif vermişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol