• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə hər yerdə maska taxmaq məcburi oldu

Türkiyədə hər yerdə maska taxmaq məcburi oldu
08.09.2020 16:58
Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə "COVID- 19 Tədbirləri" mövzusunda təlimat göndərib.

 "Hürriyet” xəbər verir ki, təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.

Daxili həcminə görə fiziki məsafə qaydalarının tətbiq oluna bilmədiyi, şəhər içi nəqliyyat vasitələrində, məsələn mikroavtobuslarda sərnişinlərin ayaqüstə daşınmasına icazə verilməyəcək.

Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində saat 24:00-dan sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.

Həmçinin təlimatda bölgə rəhbərliklərinin koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə əməl etməyən hüquqi şəxslərə (müəssisələrə və s.) tətbiq olunan inzibati cərimələrin toplanmasında lazımi həssaslığı göstərəcəyi bildirilib.(qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol