• $
  • €
  • ₽
  • ₺
  • £

Bilmədən atasını öldürən Şövqü haqqında maraqlı detallar məlum oldu - FOTO

Bilmədən atasını öldürən Şövqü haqqında maraqlı detallar məlum oldu - FOTO
08.09.2020 21:45
Tanınmış gitaraçı Nofəl Süleymanlını ehtiyatsızlıqdan öldürməklə gündəmə gələn oğlu Şövqü Süleymanlı barədə bəzi məlumatlar bəlli olub.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Ş.Süleymanlı peşəkar şəkildə güləşlə məşğul olub. O, Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub.
İdmançı 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən idmanın güləş növü üzrə 55 kq çəkidə olan idmançılar arasında Beynəlxalq turnirdə I yerə layiq görülüb. 

İlkin məlumatda qeyd olunduğu kimi, Ş.Süleymanlının 15 yox, 17 yaşı var. Nofəl Süleymanlının dörd övladı var, onlardan üçü oğlandır.
Məlumata görə, Nofəl qeydiyyatda olduqları Ağcabədi rayonuna yola düşməzdən əvvəl oğluna silahı təmizləməsini, rayonda ova gedəcəklərini deyib.  
Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan "Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol