• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Zakir Həsənovun sensasion əmrini şərh etdi

Nazirlik Zakir Həsənovun sensasion əmrini şərh etdi
01.07.2014 12:51

"Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri ona layiq olduğu istənilən cavabı verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki imkanlara malikdir". Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verməsinə dair yayılan informasiyanı şərh edərkən deyib.V.Dərgahlı bildirib ki, müdafiənin ön xəttindəki bölmələrimiz təbii olaraq həm postlarımıza, həm də mülki əhaliyə qarşı yönələn düşmən hərəkətlərinə dərhal və tutarlı cavab verir, onun atəş nöqtələrini susdurur: "Hətta müharibənin də öz qaydaları, öz qanunları var. Buna da riayət olunmalıdır. Ermənistan tərəfi isə heç zaman bu qaydalara riayət etməyib".Onun sözlərinə görə, Azərbaycan tərəfinin silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı istənilən hücumları daim pisləməsi, beynəlxalq humanitar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət edilməsi çağırışlarına baxmayaraq, Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir, Cenevrə Konvensiyasını, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrini kobud surətdə pozur: "Bu kimi halların qarşısını almaq üçün humanitar və insan hüquqlarını pozan Ermənistan hərbçilərinin cinayət məsuliyyətinə cəlb olunması vacibdir və beynəlxalq qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir".Qeyd edək ki, Trend-in bir neçə gün öncə yaydığı məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol