• $
  • €
  • ₽
  • ₺
  • £

ANS-də azan qalmaqalı böyüyür – QMİ-dən sərt reaksiya

ANS-də azan qalmaqalı böyüyür – QMİ-dən sərt reaksiya
01.07.2014 12:32
“İslam dinin atributu olan azanın ramazan ayında ANS kanalında səsləndirilməsi təmin olunacaq”. 
Bunu AzNews.az-a açıqlmasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli ANS-də ramazan ayında azanın səsləndirilməsinin qadağan olunması məsələsinə münasibət bildirərkən deyib. S. Məmmədli vurğulayıb ki, azan İslam dinin atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir müsəlman ölkəsi kimi vacibdir: “Hesab edirəm ki, azanın ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə bilmərəm”. 
Axund əlavə edib ki, Ramazan ayı rəhmət ayı olduğuna görə, ANS-də də azanın verilməsi təmin olunacağına ümid etdiyini qeyd edib. 
Məsələ ilə bağlı ANS-in də mövqeyini öyrənmək istədik. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədov vitse-prezident Mirşahin Ağayevə müraciət etməyimizi məsləhət bilib: “Mən məzuniyyətdəyəm. Olanlarla bağlı məlumatsızam. Bilmirəm, kim kimə qadağa qoyub. Mirşahin müəllimə zəng edin, o, sizə ətraflı cavab verər”. Mirşahin Ağayev isə ona ünvanladığımız sualı eşidən kimi telefonun dəstəyini asdı. 
Xatırladaq ki, “Aktual.az”-ın məlumatına görə, ANS televiziyası bu il ramazan ayında azanın yayımlamaqdan imtina edib. Xəbərdə bildirilib ki, azanın yayımlanmasına hökumət tərəfindən qadağa qoyulub. Hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının bağlanacağı haqda da xəbərdarlıq edilib. 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol