• $
  • €
  • ₽
  • ₺
  • £

Universitet Milli Qəhrəmanın qızına güzəşt etmədi

Universitet Milli Qəhrəmanın qızına güzəşt etmədi
01.07.2014 12:21
Odlar Yurdu Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova dövlət imtahanına buraxılmayıb.Məsələ ilə bağlı "Qafqazinfo"ya müraciət edən Adolat Aznaurova bildirib ki, imtahana buraxılmamasının səbəbi illik ödənişin ödənilməməsidir: "Mən Odlar Yurdu Universitetinə Azərbaycan Beynəlxalq Universitetindən köçürülmüşəm. ABU bağlanmamışdan öncə həmin universitetdə son kurs üzrə təhsil almış, təhsil haqqını ödəmiş və buraxılış imtahanlarını vermişdim. Lakin ABU-nun bağlanması nəticəsində diplom almaq üçün Odlar Yurdu Univeristetinə köçürüldüm. Təhsilimi davam etdirdiyim müddətdə yenidən mənə təhsil haqqı kimi 2000 AZN ödəməli olduğumu bildirdilər. Dəfələrlə Odlar Yurdu Univesitetinin rektoru, millət vəkili Əhməd Vəliyevə şəhid Milli Qəhrəman ailəsi oduğumuzu nəzərə alıb ödənişin ödənilməsində güzəşt edilməsi barədə müraciət etmişik və bir neçə dəfə qəbulunda da olmuşuq. İlk olaraq bu ödənişlə bağlı güzəşt ediləcəyini bildirsələr də, hazırda bu pulu ödəmədiyim üçün məni dövlət imtahanlarına buraxmadılar. Prezidentimizin  şəhid Milli Qəhrəman ailələrinə güzəştlər edilməsi ilə bağlı verdiyi xüsusi tapşırıqlar hələ də təhsil sahəsində öz əksini tapmır."“Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb”.Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev söyləyib. Rektor tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılmadığını iddia edib: “Əvvəla onu deyim ki, bizim universitetdə “Beynəlxalq münasibətlər” fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-da “köçürmə” ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbə digər imtahanlarında kəsiri varsa o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol