• $
  • €
  • ₽
  • ₺
  • £

Türk liseylərində oxuyanların nəzərinə! - Qəbul başlanır

Türk liseylərində oxuyanların nəzərinə! - Qəbul başlanır
01.07.2014 12:04

Bu gün şagirdlərin yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir.

Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org) çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. Ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaqdır.

Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd – attestat da təqdim olunur. BBP diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar.

Təhsil müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür.

Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 15 iyul 2014-cü il tarixinədək həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaq.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol