Onkoloji xəstəlikdən əziyyət çəkən çarəsiz ana Mehriban Əliyevaya müraciət etdi

Suraxanı rayon, Hövsan qəsəbəsi, M.Ş.Vazeh ev 1140, mənzil 009-da yaşayan Babayeva İnci Həsən qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya açıq məktub ünvanlayıb.
Anews.az sözügedən məktubu olduğu kimi təqdim edir:
"Çox hörmətli Mehriban xanım Əliyeva,
01.07.2020 tarixində sizə - H.Əliyev fonduna, yazılı sürətdə yarımtikili evimin tamamlanması üçün yardım etməyinizi xahiş etmişdim. Məktubda dəfələrlə pandemiyaya görə işləyə bilmədiyimi qeyd etmişəm. Habelə, sizə müraciətimdə səhhətimlə bağlı olan problemlərimdən - ATU-nun onkologiya şöbəsində qeydiyyatda olduğumu, həmçinin böyrəyimdəki problemlərlə bağlı ağır işdə işləyə bilmədiyimi yazmışam.
Evim qış üçün şəraitsiz vəziyyətdədir, qazı yoxdur, otaqlardan biri, tamamilə üstü açıq, digərləri yarım açıq vəziyyətdədir. Gələcək üçün 2 uşaq böyüdürəm, ən əsası gələcək üçün ölkəyə əsgər yetişdirirəm. Qışı bu şəraitdə keçirmək mümkünsüzdür. Qaz çəkilməsi üçün dövlət rüsumu 262 manatdan başlayır və mənim hal-hazırda bunu qarşılayacaq gücüm yoxdur.
Xanım Əliyeva,
Mən hər şeydən ümidimi üzüb, sizə üz tutmuşdum, məktubun ən axırında qeyd etmişdim ki, siz məni yaxşı başa düşərsiniz, çünki siz də ANASINIZ.
Yazdığım məktub yönləndirilib Suraxanı Rayon İcra Hakimiyyətinə və mənə icra hakiminin müavini Könül Axundovadan məktub gəlib ki, büdcəmiz sizə kömək etməyə yetmir.
Mehriban xanım,
Mən şəxsən sizin özünüzə müraciət etmişdim. Ola bilsin ki, bu, icra hakimiyyətinin büdcəsinə uyğun deyil. Bunu da başa düşürəm ki, dövlətin hər vətəndaşın evini tikmək borcu yoxdur. Mən sizdən, şəxsən özünüzdən yardım istəyirəm, vətəndaş kimi, qadın kimi, ana kimi.
Axı mən əl açıb insanlardan da yardım istəyə bilərdim və bilirəm ki, mənim xalqım elə gözəl xalqdır ki, məni və uşaqlarımı soyuqda qoymazdı, hər kəs öz şəxsi hesabına mənə yardım etməyə çalışardı. Lakin, mən dövlətimdən, sizdən kömək istəməyi seçdim..

www.anews.az

Mən yenə də ümidimi üzmürəm, mən inanıram ki, o məktub şəxsən sizin əlinizə keçsəydi, məndən yardım əsirgəməzdiniz. Elə bu səbəbdən sizə növbəti məktubu açıq şəkildə yazıram. Mənim qış üçün şəraitim yoxdur, 1 aya payız düşür və mən uşaqlarımla soyuqda qalacam. Növbəti dəfə məni xalqı düşünməyən məmurların insafına buraxmayacağınıza ümid edirəm".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib