Bakı polisi reyd keçirdi

Paytaxtda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət gücləndirilib.
"Tərəfimizdən müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi diqqətdə saxlanılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























