• $
  • €
  • ₽
  • ₺
  • £

AzTU-da bu şöbə ləğv olundu

AzTU-da bu şöbə ləğv olundu
10.09.2020 15:28
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

AzTU-dan verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq universitetin akademik və inzibati strukturunda bəzi dəyişikliklər edilib.

Belə ki, Beynəlxalq əlaqələr şöbəsi ləğv edilib. Onun bazasında 2  şöbə - Əcnəbi tələbələrlə iş və Xarici əlaqələr şöbəsi yaradılıb, həmçinin AzTU-nun strukturunda müstəqil Dil Mərkəzi təşkil olunub.

Müdafiə sənayesi üçün mühəndis hazırlığına yüksək tələbin qarşılanması məqsədilə Xüsusi texnika və texnologiya fakültəsinin yenidən qurulmasına qərar verilib. Belə ki, Xarici dillər kafedrası bu fakültənin strukturundan çıxarılaraq İqtisadiyyat və idarəetmə fakültəsinin tərkibinə daxil edilib.
Yeni tədris proqramlarına uyğun tələblər nəzərə alınaraq Azərbaycan dili və pedaqogika, İctimai fənlər kafedralarında tədrisin yenidən təşkil edilməsinə qərar verilib.

AzTU-da ingilis dili fənninin tədrisinin yenidən təşkil olunması üçün Türkiyənin OSTİM Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlığın qurulması İqtisadiyyat və idarəetmə fakültəsinin dekanına tapşırılıb.

Yeni təhsil ilində tədris prosesinin təşkili, idarə edilməsi və nəzarətin həyata keçirilməsi üçün Elmi Şuranın iclasında geniş müzakirələr aparılıb və əhəmiyyətli qərarlar qəbul edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol